Sabirabadda azyaşlının vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində Sabirabad şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Sabirabad rayon Yolçubəyli kənd sakini Farid Əlpaşayev idarə etdiyi "Toyota Prado" markalı avtomobillə hərəkətdə olan zaman qəfildən qarşısına çıxan azyaşlı Miray Rəhimlini vurub.
Hadisə nəticəsində xəsarət alan azyaşlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Sol bud sümüyünün sınığı və kəllə-beyin travması alan uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, azyaşlı həkimlərin nəzarətindədir və müalicəsi davam etdirilir.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.