Şabranın Günəşli kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" report-a istinadən xəbər verir ki, Bakı-Quba avtomobil yolunun kənddən keçən hissəsində rayon sakini Zeynalov Elnur Rafəddin oğlu yolu keçərkən avtomobili onu vurub.
Yaralı aldığı müxtəlif dərəcəli xəsarətlərdən ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.