Gəncədə baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub. 

"Unikal" xəbər verir ki, 1952-ci il təvəllüdlü Rəziyyə Əhmədova qəza nəticəsində dünyasını dəyişib. Xəsarət alan 2004-cü il təvəllüdlü Əli Süleymanov, 2005-ci il təvəllüdlü Nərmin Qarayeva, 2004-cü il təvəllüdlü Nərgiz Qarayeva, 1958-ci il təvəllüdlü Fərqanə Məmmədova və 1999-cü il təvəllüdlü Taleh İsmayılov xəstəxanaya yerləşdiriliblər. 
 

***23:58

Gəncədə baş verən qəza zamanı xəsarət alanlardan biri ölüb.

"Unikal"ın məlumatına görə, xəstəxanaya yerləşdirilən qadın sərnişin həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

xxx

23:41

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin nərkəzində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21015 " ilə "VAZ 21014"  markalı minik maşınları  toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov