Gəncədə piyadanı maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Hərəkətdə "VAZ 2106" markalı minik  avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1954-cü il təvəllüdlü Sahib Qafarovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib,vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov