Hindistan vətəndaşları İsmayıllıda yol qəzasına düşüb.

"Unikal" xəbər verir ki, ilkin məlumata görə, hadisə axşam saatlarında Muğanlı - İsmayıllı avtomobil yolunda, İsmayıllı rayonun Tircan kəndindən keçən hissəsində qeydə alınıb. Baş verən yol nəqliyyat hadisə nəticəsində Hindistan vətəndaşlar olan 6 nəfər ağır dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına aparılıb. Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.