Biləsuvar rayonunda (Ələt-Astara avtomobil yolunun 70-ci kilometrliyi) "Ford" markalı yük avtomobilinin idarəetməni itirməsi nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən xəbərə görə, yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və kabinəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.