24 noyabr 2023-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universiteti arasında memorandum imzalanıb.

"Unikal" xəbər verir ki, memoranduma əsasən tərəflər arasında ümumi maraqları əhatə edən tədris, elm və beynəlxalq əlaqələr sahələri üzrə əməkdaşlıq məsələləri rəsmiləşdirilib.

Təsdiqlənmiş əməkdaşlıq istiqamətlərinə qarşılıqlı maraq kəsb edən sahələr üzrə təhsil fəaliyyəti, tərəflər arasında razılaşdırılmış prosedur qaydaları əsasında professor-müəllim heyəti və tədqiqatçıların, doktorant və tələbə heyətinin mübadiləsi, birgə seminar və konfransların keçirilməsi məsələləri daxildir.