Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, TIR yanacaqdoldurma məntəqəsi yaxınlığında yolu keçmək istəyən Mirzəyev Tərlan Həbib oğlunu vuraraq öldürüb. Piyada hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Ağarza Elçinoğlu