Gənc şəhərində 30 yaşlı oğlanın meyti yaşadığı evdən tapılıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü İsmayılov Elzar Vahid oğlundan xəbər olmadığı üçün FHN 112 xidmətinə məlumat verilib. Dərhal əraziyə FHN xilasediciləri gələrək evin qapsını təhlükəsizlik qaydalarına riayət etməklə açıblar.
Evə baxış zamanı Elzar İsmaylovun meyti hamamdan aşkarlanıb. Meyti müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib. İlkin məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki,Elzar İsmayılov Gəncə şəhər 12 nömrəli tam orta məktəbin sinifdən xaric, məktəbdən kənar işlər üzrə təşkilatçısı olub.
Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.
Tural Əhmədov