Bərdə sakini intihar edib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb.
Belə ki, Bərdə rayon Uğurbəyli kənd sakini 1955-ci il təvəllüdlü Vilayət Məhərrəmov bu gün yaxın qohumlarının toy məclisindən çıxdıqdan sonra özünü yaşadığı evdə asaraq intihar edib.
V.Məhərrəmovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Bərdə rayon Şöbəsinə aparılıb.
Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.
Həsən Adıgözəlov