Hindistanda universitetdə musiqi festivalı zamanı izdiham nəticəsində azı 4 tələbə ölüb, 60 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə "Press Trust of India" xəbər agentliyi məlumat yayıb. 

Faciə Kerala ştatındakı Koçin Elm və Texnologiya Universitetində baş verib. Bildirilir ki, yaralılardan ən azı ikisinin vəziyyəti ağırdır.

Dövlət orqanları hadisə ilə bağlı araşdırma aparır.