ABŞ və Avropa hərbçiləri Qərbi Asiyanın həssas bölgəsini tərk etməlidirlər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani jurnalistlərə açıqlamasında deyib.
İranlı nazir xarici ölkələrə silahlı qüvvələrini bölgədən çıxarmağı və gərginliyi artırmaqdan çəkinməyi tövsiyə edib.
Onun sözlərinə görə, Qərbi Asiya çox mühüm, strateji və həssas regiondur, çünki oradan enerji ötürücü xətlər keçir.
O, ABŞ-nin regionla bağlı “strateji səhvlərini və yanlış hesablamalarını” xatırladıb və qeyd edib ki, onun ən böyük səhvi “cinayətkar sionist rejimi Qəzzəyə qəddar hücumunda dəstəkləməkdir”.
“ABŞ yadda saxlamalıdır ki, bütün bu vəhşiliklərin əvəzini mütləq ödəyəcək”, - İranın müdafiə naziri son olaraq qeyd edib.