Radikal HƏMAS hərəkatı noyabrın 25-i axşam Qəzza zolağında saxlanılan 20 girovu azad edib.
"Unikal" xəbər verir ki, bu barədə TASS Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsariyə istinadən məlumat yayıb.
O, bunun müqabilində 39 mülki fələstinlinin azad edildiyini qeyd edib.
"13 israilli girov və daha 7 əcnəbi Qəzzanı tərk edəcək”, - deyə əl-Ənsari açıqlayıb.
Onun sözlərinə görə, girovların azad edilməsində ləngimə Qətər və Misirin iştirakı sayəsində aradan qaldırılıb.