İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında saxlanılan girovların azad edilməsinin ikinci mərhələsinin plana uyğun getdiyini müzakirə etmək üçün ölkənin təhlükəsizlik rəsmiləri ilə təcili iclas keçirib.
"Unikal" xəbər verir ki, TASS bu barədə Netanyahunun ofisinə istinadən məlumat yayıb.
"Baş nazir Benyamin Netanyahu razılaşmanın ikinci mərhələsinin planlaşdırıldığı kimi davam etməsini təmin etmək üçün bütün təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə vəziyyətin qiymətləndirilməsi iclası keçirdi”, - KİV qeyd edib.