İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.
Abdullahian İran və Türkiyənin digər müsəlman ölkələri ilə birlikdə Fələstin xalqına dəstək üçün daha güclü tədbirlər görməsinin vacibliyini vurğulayıb.