Bakıda minik avtomobili qəza törədib.

"Unikal"ın məlumatına görə, hadisə Binəqədi rayonunun Cəfər Xəndan küçəsində qeydə alınıb. Belə ki, qadın sürücü minik avtomobilinin idarəetməsini itirərək avtomobili bağçanın hasarına çırpıb. Qəza zamanı avtomobildə sürücü ilə yanaşı azyaşlı uşaq da olub. Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.