Afro-amerikalı Corc Floydu öldürməkdə təqsirli bilinən keçmiş polis Derek Şovin Amerika həbsxanasında dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə “Marca” qəzeti yazıb.
Bir gün əvvəl bir neçə məhbus Şovinə hücum edərək onu bıçaqlayıb. Keçmiş polis əməkdaşı xəstəxanaya yerləşdirilsə də, o, xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, 2020-ci ildə qaradərili Floydun ölümü həm ABŞ-də, həm də bütün dünyada “Qaraların həyatı da önəmlidir” (BLM) şüarı altında genişmiqyaslı aksiyalara və iğtişaşlara səbəb olmuşdu.