Fələstinin HƏMAS hərəkatının hərbi qanadı "Əl-Qəssam" Briqadaları təşkilatın 4 komandirinin öldürüldüyünü açıqlayıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, açıqlamaya görə, hərbi təşkilatın komandirləri “Əl-Əqsa tufanı" döyüşündə həlak olublar. Onların arasında Əbu Ənəs ləqəbli Əhməd əl-Qandur da var.
Təşkilatdan verilən açıqlamada ordu komandirlərinin nə vaxt və hansı şəraitdə öldüyü dəqiq göstərilmir.