Daşkəsəndə nənə və nəvə dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1942-ci il təvəllüdlü Gila Səttarova və onun nəvəsi 2006-cı il təvəllüdlü Nərmin Səttarova yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.
Onlar qohumların köməyi ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki şəxsə xəstəxanada tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov