Cənubi Koreya Respublikasının Prezidenti Yun Sok Yeol ölkənin Milli Kəşfiyyat Xidmətinin (MXK) rəhbəri Kim Kyu-Hyun istefasını qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Kəşfiyyat Xidməti rəhbərinin birinci və ikinci müavinləri də işdən çıxarılıb.
Qeyd edək ki, Kim Kyu-Hyu 2022-ci ilin mayında kəşfiyyat xidmətinin rəhbəri kimi vəzifəsinin icrasına başlayıb.