KTMT ölkələrinin vahid hava hücumundan müdafiə sistemi faktiki olaraq yaradılıb. Rusiyanın təşkilatın hər bir dövləti ilə ikitərəfli müqavilələri var, lazım gələrsə, sistem sənədləşdiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu qeyd edib.
“Əslində o (KTMT-nin hava hücumundan müdafiə sistemi) yaradılıb, ikitərəfli səviyyədə yaradılıb. Bizim müqaviləmiz var, hər bir dövlətlə hava hücumundan müdafiə sistemləri var. Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və təbii ki, Belarusla”, - Şoyqu müsahibəsində deyib.