Bakı şəhərinin Xəzər rayonunda zirzəmili, ümumi sahəsi 200 m² olan birmərtəbəli, 5 otaqlı evin zirzəmisində yerləşən ümumi sahəsi 20 m² olan bir otaqda ev əşyaları yanıb.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.