Sumqayıtda Məişət Tullantıları Poliqonunda yanğın olub.

"Unikal" xəbər verir ki, yanğın 7 hektar ərazini əhatə edib.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub. Küləkli hava səbəbindən Sumqayıtın bir çox küçə və prospektlərində qatı tüstü əmələ gəlib.

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.