Moldova parlamenti Ermənistana qanunsuz silah satışı ilə bağlı təhqiqatın nəticələrini Baş Prokurorluğa göndərib
03:18 07-04-2012
CƏMİYYƏT
Moldova parlamenti Ermənistana qanunsuz silah satışı ilə bağlı təhqiqatın nəticələrini Baş Prokurorluğa göndərib
Qanunsuz müqavilənin imzalanması və həyata keçirilməsinə görə, iqtisadiyyat naziri, müdafiə naziri və İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbər müavini günahkar bilinir
Moldovanın Ermənistana silah satışı ilə bağlı sövdələşmə kobud pozuntulara yol verilməklə həyata keçirilib. Müqavilə ilə bağlı araşdırma aparan xüsusi parlament komissiyası bu qənaətə gəlib. Moldova parlamentinin dünən keçirilən iclasında təhqiqat materiallarının Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul olunub.
Parlament komissiyasının gəldiyi nəticəyə əsasən, müvafiq sertifikata malik olmayan şirkətlə silah satışına dair müqavilənin imzalanmasına yol vermiş iqtisadiyyat naziri Valeriy Lazer, səlahiyyətli şəxslərlə razılaşdırmadan silah satışına dair danışıqlara razılıq verən müdafiə naziri Vitaliy Marinutsa, silah satışı ilə bağlı işi başdansovdu araşdıran İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbər müavini Valentin Dedyu bu qanunsuz silah satışına görə məsuliyyət daşıyırlar.
Parlamentin spikeri Marian Lupu iclasda çıxışı zamanı bildirib ki, satış həyata keçirilən zaman prezidentin səlahiyyətlərini icra etsə də, həm o, həm də baş nazir bu hadisə barədə yalnız saziş bağlandıqdan sonra xəbər tutublar.
Qeyd edək ki, Moldova Silahlı Qüvvələrinin silahlarının satılması barədə ötən ilin sentyabrında məlum olub. KİV-də gedən məlumatlara görə, o vaxt vətəndaş müharibəsi gedən Liviyadan Moldovaya uçuş həyata keçirən İl-76 təyyarəsinə silah-sursat yüklənib və təyyarə naməlum istiqamətdə hərəkət edib. Sonradan təyyarənin Ermənistana uçduğu müəyyənləşib. Rəsmi Kişinyov silah satışı faktını etiraf etsə də, söhbətin istismar müddəti başa çatmış silahlardan getdiyini açıqlayıb. Məlum olub ki, Moldova tərəfi 60 ton silah-sursatın satışına dair müqavilə imzalayıb. "İl-76" reysi ilə 40 ton silah-sursat aparılıb, ikinci reysin həyata keçirilib-keçirilmədiyi açıqlanmır.
Ötən ilin noyabrında Moldovanın müdafiə naziri Vitaliy Marinutsa müqavilənin dayandırıldığını açıqlayıb, Moldovanın baş naziri Vlad Fİlat Ermənistana silah satışına görə Azərbaycan prezidenti İlham Əliyevdən üzr istəyib.
Digər Xəbərlər
2025-03-04 00:03:51

2025-03-03 21:27:16

2025-03-03 20:47:58

2025-03-03 20:21:38

2025-03-03 19:35:19

2025-03-03 19:31:55

2025-03-03 18:52:30

2025-03-03 18:38:58

2025-03-03 18:26:32

2025-03-03 18:16:00

2025-03-03 18:10:41

2025-03-03 18:08:27

2025-03-03 17:53:52

2025-03-03 17:50:31

2025-03-03 17:34:09

2025-03-03 17:30:38

2025-03-03 17:21:00

2025-03-03 16:42:00
.jpg)