Ağstafa Rayon Polis Şöbəsinə rayonun Zəlimxan kəndi ərazisindən keçən yolun kənarında silah-sursat olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib. Sözügedən əraziyə baxış keçirilən zaman oradan 6 ədəd müxtəlif markalı və kalibirli ov tüfəngləri aşkarlanıb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.