İsrail və HƏMAS-ın başlatdığı "Əqsa tufanı" əməliyyatı Qəzzada dağıdıcı təsirlərini davam etdirir.

"Unikal" xəbər verir ki, İsrailin hava hücumları nəticəsində çökən binanın dağıntıları altında 37 gün sağ qalan körpə bölgədəki xilasetmə qrupları tərəfindən sağ-salamat çıxarılıb. 

Körpənin sağ qalması möcüzəvi hadisə  kimi qiymətləndirilib. Bildirilir ki,  körpə müharibənin ilk günü yəni oktyabrın 7-də Qəzzada dünyaya gəlib.  Hücumlar nəticəsində o anasını itirib. 

37 gün sonra xilas edilən bu körpə həyat mübarizəsinin simvoluna çevrilib.

Gülayə Mecid