Tatarıstanda “Rusiya Azadlıq legionu” təşkilatının üzvü tərəfindən hazırlanan dəmiryol relslərində və hərbi məktəbin ərazisində silsilə terror aktlarının qarşısı alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) respublika idarəsi məlumat yayıb.
Novikov adlı şəxsdə kvadrokopter, həmçinin partlayıcı qurğular yaratmaq üçün avadanlıq, o cümlədən onları drondan buraxmaq üçün sistemlər aşkar edilib. Təhlükəsizlik qüvvələri 17 molotov kokteylinin saxlandığı anbarı da aşkarlayıb.