Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. 

O, seçkilərdə iştirak edəcəyini  Dövlət Dumasında mətbuata açıqlamasında bəyan edib. Eyni zamanda, siyasətçi son qərarı dekabrın sonunda Rusiya Federasiyası Kommunist Partiyasının Mərkəzi Komitəsində verəcəyini vurğulayıb.

Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putin hələ seçkilərdə iştirakla bağlı qərar verməyib.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Seçkiqabağı kampaniyanın 2023-cü ilin dekabrında başlanacağı gözlənilir. Bundan əvvəldə Rusiya Dövlət Dumasının Sağ Qüvvələr İttifaqından keçmiş deputatı Boris Nadejdin “Vətəndaş Təşəbbüsü” partiyasından prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlamışdı. 

Gülayə Mecid