Biz Azərbaycanla uzun müddətdir eyni bölgədə yaşayırıq, ən azı 100 il çox sıx əlaqəmiz olub. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

O qeyd edib ki, Ermənistan Respublikası beynəlxalq normalara əsaslanan sülh müqaviləsi imzalamağa hazırdır: "Top indi Azərbaycanın meydançasındadır və əgər Azərbaycan prezidentlər səviyyəsində hazır olduqlarını bəyan etsə, Sülh Müqaviləsi hazırdır".

Simonyanın fikrincə, elə bir vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar yan-yana yaşamalı olacaqlar: "Biz buna ümid edirik və hər şeyi edəcəyik. Ermənilər və azərbaycanlılar ticarət etməlidirlər, istisna etmirəm ki, bəziləri Azərbaycan ərazisində öz evlərinə qayıdacaq, istisna etmirəm ki, müəyyən müddətdən sonra azərbaycanlılar gəlib burada məskunlaşacaqlar".

Ağarza Elçinoğlu