"Yaxın bir neçə il ərzində onlarla ölkənin nüvə mənbələrindən elektrik enerjisi istehsalına başlayacağı gözlənilir".

"Unikal" xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Assosiasiyasının (MAQATE) baş direktoru Rafael Mariano Qrossi bildirib.

MAQATE-nin hesablamalarına görə, Paris iqlim sazişinin məqsədlərinə çatmaq üçün dünyada nüvə reaktorlarının sayını iki dəfə artırmaq lazımdır. 

“Artıq qərar qəbul etmə mərhələsinə qədəm qoyan 10 ölkə (atom elektrik stansiyaları tikmək üçün) və qiymətləndirmə prosesində olan daha 17 ölkə var”, - deyə rəsmi bildirib.

Onun sözlərinə görə, “bir neçə ildən sonra onlarla və ya 13 (yeni) nüvə ölkəsi olacaq. Onların arasında Qross Qana, Keniya, Mərakeş, Nigeriya, Namibiya, Filippin, Qazaxıstan və Özbəkistanı potensial yeni nüvə ölkələri kimi qeyd edib.