Amerika İranın hərbi qurumlarını maliyyələşdirən 20-dən çox şəxsə və quruma sanksiya tətbiq etdi.

"Unikal" xəbər verir ki, ABŞ Dövlət Departamenti İran Silahlı Qüvvələrinin Müdafiə və Logistika bölməsini və SEPAH-ın "Qüds"  qanadı üçün maliyyə yardımı şəbəkəsində iştirak edən 20-dən çox fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib. 

ABŞ Dövlət Departamentinin bəyanatına görə, yerli və xarici şirkətlər şəbəkəsi vasitəsilə həyata keçirilən İran mallarının satışı İslam Respublikası rejiminin Həmas və Hizbullah kimi  qruplaşmalara dəstəyini davam etdirməsinə kömək edən maliyyə mənbəyi hesab olunur.