Papa Fransisk dünən həkimlərin məsləhəti ilə BMT-nin iqlim dəyişikliyi ilə bağlı 28-ci konfransı üçün Dubaya səfərini ləğv edib.
"Unikal"
xəbər verir ki, xəstə Papa Fransiskin vəziyyəti stabildir və antibiotiklərlə müalicəsini davam etdirir. Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. 
"Papanın vəziyyəti stabildir, qızdırması yoxdur, lakin nəfəs almaqda çətinliklə müşayiət olunan ağciyərlərdə iltihablı proses qalır".
Çərşənbə günü səhər saatlarında Papa Fransisk ümumi auditoriyada iştirak edərək, inananlara "hələ özünü çox yaxşı hiss etmədiyini" söyləyib. Papa əlavə edib ki, “qripə görə” səsi ona xütbə oxumağa imkan verməyib, bundan sonra o, sözü Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinin əməkdaşına verib. Papanın xəstəliyi ağır nəfəs almasından və zəif səsindən aydın hiss olunub.