Britaniya hökumətində ölkəyə gələn 17 mindən çox qeyri-qanuni miqrantın harada olduğu barədə məlumat yoxdur.

"Unikal" xəbər verir ki, bunu Britaniya Daxili İşlər Nazirliyinin sözçüsü Saymon Ridli bildirib. 

“İnsanlar iki dəfə müsahibəyə gəlməsələr və ya iki dəfə anket doldurmaq sorğusuna cavab vermirlərsə, deməli, onların (sığınacaq üçün ) müraciəti geri götürülür... Düşünmürəm ki, bu insanların harada olmasını bilmirik" Ridli deyib.

Keçən il ərzində Britaniya hakimiyyəti 17 316 qeyri-qanuni immiqrantın sığınacaq tələblərini ləğv edib. Ridlinin qeyd etdiyi kimi, buna səbəb miqrantların müsahibəyə dəvət olunduqdan sonra səlahiyyətli orqanlarla əlaqə saxlamaması və onlara doldurmaq üçün anket göndərmələri olub. Rəsmi onların bəzilərinin qaçaraq gizləndiyini də etiraf edib.

Bundan əvvəl Bloomberg Britaniya Milli Statistika İdarəsinin məlumatlarına istinad edərək, hökumətin səylərinə baxmayaraq, 2023-cü ildə Böyük Britaniyaya rekord sayda miqrantın gəldiyini bildirmişdi .