Qazaxıstanın Almatı şəhərində hosteldə yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə şəhər Fövqəladə Hallar Departamenti məlumat verib.

İlkin məlumatlara görə, 13 nəfər həlak olub.  Yanğının sahəsi təxminən 30 kvadratmetr olub və yanğın yerli vaxtla saat 06:22-də söndürülüb.

Bildirilir ki, 13 nəfər dəm qazından zəhərlənərək ölüb. Almatı ictimai səhiyyə departamentinin mətbuat xidməti qeyd edib ki, xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb.