"Maliyyə naziri Anton Siluanov büdcə xərcləri ilə bağlı yeni təklifləri eşidəndə göz yaşlarını saxlaya bilməyəcək". 

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin gənc alimlərlə görüşündə deyib.

Putinə hökumətin maliyyələşdirdiyi “Puşkin xəritəsi”nə bənzər formada “Mendeleyev xəritəsi”nin funksionallığını genişləndirməyin mümkünlüyü soruşulub. Prezident qeyd edib ki, çox güman ki, artıq qəbul olunmuş büdcəyə əlavə xərclərin daxil edilməsi o qədər də asan olmayacaq, baxmayaraq ki, ideya pis deyil.

“Mexanizm sadədir - masanın üzərində pul olmalıdır. Siluanova “Pul ver” desək, o, indi ağlayacaq ki: “Pul yoxdur” - deyə Putin nazirlə zarafat edib.

Gülayə Mecid