Almaniya prezidenti Frank-Valter Ştaynmayer Qətərə eniş etdikdən sonra təxminən 30 dəqiqə Airbus A350 təyyarəsinin qapısında gözlədilib.

"Unikal" xəbər verir ki, Ştaynmayerin şərəfinə hava limanında qırmızı xalça sərilib və onu qarşılamaq üçün fəxri qarovul dəstəsi düzülüb, lakin ev sahibi ölkənin rəsmi nümayəndəsi onu qarşılamayıb. Bu, Almaniya liderinin təyyarəsinin gözləniləndən daha tez gəlməsi ilə bağlı olub. 

Ştaynmayer hökumət təyyarəsinin qapısında əllərini qoynuna qoyaraq gğözləməli olub. Daha sonra qətərin Xarici İşlər üzrə Dövlət Naziri Sultan bin Saad Al Muraikhi onu qarşılayıb. 

Ağarza Elçinoğlu