Almaniyada hüquq-mühafizə orqanlarının əməkdaşları İslam Dövləti adından terror aktı planlaşdırmaqda və hazırlamaqda şübhəli bilinən 15 və 16 yaşlı iki oğlan uşağı saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin "Bild" nəşri məlumat yayıb. 

Terrorçuların kimliyi tez bir zamanda müəyyən olunub. Onlardan biri əfqan əsilli yeniyetmə 15 yaşlı Edris D. olduğu üzə çıxıb. İstintaq müəyyən edib, 15 yaşlı oğlan 16 yaşlı Rusiya vətəndaşı Rəsul M. ilə yaxından əlaqə saxlayır.

Çox güman ki, yeniyetmələr əldəqayırma yandırıcı vasitələrdən və ya kiçik yük maşınından istifadə etməklə terror aktı törətmək istəyiblər. "Bild"in məlumatına görə, terror aktı Milad bazarında və ya Kölndəki sinaqoqda baş verə bilərdi.

Gülayə Mecid