Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Şimali Makedoniyaya səfər edib.
"Unikal" xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun təyyarəsinin Yunanıstan üzərindən Skopyeyə getməsinin səbəbini açıqlayıb.
"Bolqarıstan Xarici İşlər Nazirliyinin rəsmi notasında belə yazılıb: təyyarə Bolqarıstan üzərində uça bilər, lakin Mariya Zaxarova təyyarədə uça bilməz. Mənim Bolqarıstan üzərində təyyarəsiz uça biləcəyim və ya bunun üçün kosmosdan istifadə etməyin mümkün olub-olmadığı barədə heç nə deyilməyib", - Zaxarova yarızarafatla deyib.
Məhz buna görə də Lavrovun təyyarəsinin Bolqarıstan ərazisindən keçməsinə icazə verilməyib.
Ağarza Elçinoğlu