Polşanın xarici işlər naziri Şimon Şinkovski vel Şenk ATƏT xarici işlər nazirlərinin iclasına qatılmayıb. 

"Unikal" xəbər verir ki, nazir Rusiya xarici işlər naziri Sergey Lavrovun orada olacağına görə iclasdan imtina edib. 

"Biz Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu görüşə dəvətinə tənqidi yanaşırıq. Bununla əlaqədar qərara alındı ​​ki, mən Skopyedə keçiriləcək bu görüşdə iştirakdan imtina edim", - deyə nazir açıqlayıb. 

Noyabrın 28-də Baltikyanı ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərləri eyni səbəbdən Şimali Makedoniyaya səfər etmək istəmədiklərini açıqlayıblar. 

Ağarza Elçinoğlu