Rusiya prezidenti Vladimir Putin noyabrın 30-da Konnektikutdakı evində 100 yaşında dünyasını dəyişən ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincerin həyat yoldaşına başsağlığı teleqramı göndərib.

"Unikal" xəbər verir  ki, onun mətni Kremlin saytında dərc olunub.

"Hörmətli xanım Kissincer, əriniz Henri Kissincerin vəfatı ilə bağlı dərin hüznlə başsağlığımızı qəbul edin", - teleqramda deyilir.

Putin bildirib ki, o, şəxsən Henri Kissincerlə dəfələrlə ünsiyyətdə olub. O, ABŞ-nin keçmiş dövlət katibinin görkəmli diplomat, müdrik və uzaqgörən dövlət xadimi olduğunu, uzun onilliklər ərzində bütün dünyada layiqli nüfuza malik olduğunu qeyd edib.