Almaniyanın Baş Konsulluğu noyabrın 30-dan etibarən Kalininqraddakı fəaliyyətini dayandırır. 

"Unikal" xəbər verir ki, bu barədə konsulluğun rəsmi saytında məlumat dərc olunub. 

"30 noyabr 2023-cü il tarixindən etibarən Almaniyanın Kalininqraddakı Baş Konsulluğu bağlanacaq. Konsulluq və pasport məsələləri ilə bağlı Kalininqraddakı Baş Konsulluğun konsulluq dairəsindən, Sankt-Peterburqdakı Baş Konsulluğa müraciət edin. Viza məsələləri ilə bağlı yalnız Almaniyanın Moskvadakı səfirliyinin viza şöbəsi ilə əlaqə saxlayın", - məlumatda deyilir. 

Ağarza Elçinoğlu