Braziliya Venesuela ilə Qayana arasındakı münaqişə səbəbindən şimal sərhədində hərbi varlığını artırıb.

"Unikal" xəbər verir  ki,  bu  barədə  Braziliyanın Müdafiə Nazirliyi məlumat yayıb. 

"Müdafiə Nazirliyi vəziyyəti izləyir. Ölkənin şimal sərhədində müdafiə fəaliyyəti gücləndirilib və hərbi mövcudluq artırılıb", - məlumatda deyilir.

Venesuela ilə Qayana arasında neftlə zəngin Esequiba bölgəsi ilə bağlı gərginliyin artması ilə Braziliya hərbi resurslarının daha çox hissəsini şimala köçürüb. Esequiba Qayana ərazisinin üçdə ikisini təşkil edir. İki ölkə arasında Esequiba ilə bağlı mübahisə uzun müddətdir davam etsə də, Venesuela son illərdə Qayana dəniz sərhədi yaxınlığında neft və təbii qaz kəşf etdikdən sonra Esequibaya yenidən iddia etməyə başlayıb. 

Venesuela dekabrın 3-də Esequiba üzərində hüquqlar üzrə referendum keçirməyə hazırlaşarkən, Qayananın referendumun ləğvi üçün müraciət etdiyi Beynəlxalq Ədalət Məhkəməsinin sabah qərar verməsi gözlənilir.

Gülayə Mecid