ATƏT rəhbərliyi İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına yönəlmiş dialoqun tərəfdarı olub.

"Unikal" xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri və Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani xarici işlər nazirlərinin Skopye görüşündə bildirib.

"Rəhbərlik Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasi prosesin davam etdirilməsini dəstəkləyir", - Osmani deyib. 

O, ATƏT-in konstruktiv dialoq platforması təklif etdiyini vurğulayıb.

Ağarza Elçinoğlu