Qəribə üz quruluşlarına görə “yadplanetlilər” adlandırılan ailə dünya mediasının diqqətini çəkib. 

"Unikal" xəbər verir ki, Dominikan Respublikasında yaşayan bacı-qardaşlar müəmmalı xəstəlik səbəbiylə üçbucaqlı üz quruluşuna sahibdirlər. 

Belə ki, 12 övladdan beşinin gözləri böyük, yanaq sümükləri iri, burunları və dişləri əyridir. Onlar üz xəstəliklərindən, həmçinin baş ağrılarından, nəfəs darlığı, başgicəllənmə və bədən ağrılarından daima əziyyət çəkirlər.

Səhiyyə mütəxəssisləri bu qəribə simptomların nədən qaynaqlandığını araşdırırlar. Bəzi həkimlər bacı-qardaşlara leontioz diaqnozu qoyublar.

Yaşadıqları vəziyyətə görə lağ mövzusu olduqlarını deyən qardaşlardan İsaias uşaqlıqlarından bəri yadplanetli ləqəbi aldıqlarını və zaman keçdikcə yadplanetli olduqlarına inanmağa başladıqlarını bildirib.

İşə son dərəcə ehtiyacı olsa da, işəgötürənlər xarici görünüşlərinə görə onlara qarşı ayrı-seçkilik etdiyi üçün iş tapmaqda çətinlik çəkirlər.

Məlumata görə, şir üzü sindromu da adlandırılan "Leontiaz" kəllə və üz sümüklərinin həddindən artıq böyüməsi və aslana bənzər görünüşlə nəticələnən xəstəlikdir. Bu, dünyada görünən çox nadir bir xəstəlikdir.  

Gülayə Mecid