Qırğızıstanın baş nazirinin müavini və Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev dekabrın 1-dək ölkədə intim xidmət göstərən bütün müəssisələrin bağlanması barədə göstəriş verib.

"Unikal" xəbər verir ki, Taşiyev vətəndaşlara intim xidmət göstərən müxtəlif əyləncə obyektlərinin, hamam komplekslərinin və əxlaqsızlıq yuvalarının təşkili sahəsində qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində dövlət orqanlarının fəaliyyətinə nəzarətin zəruriliyini qeyd edib.

O vurğulayıb ki, bu il dekabrın 1-dək ölkədə belə müəssisələrin fəaliyyətinin dayandırılmasının zəruriliyi ilə bağlı müvafiq xidmətlərə göstərişlər verilib.