Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tütün məmulatlarından istifadə qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən kafe, restoran və digər qapalı məkanlarda siqaret çəkən şəxslər müəyyən edilib.
Onlara qanunvericiliyin tələbləri izah olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən protokollar tərtib edilib.