Minalar, kişi, qadın və uşaqların həyatlarına zərər verməyə davam edir.
"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould "X" hesabında yazıb.
Səfir bildirib ki, Böyük Britaniya minaların təmizlənməsi ilə bağlı Azərbaycana dəstək göstərmək istəyir: "Və biz bu dəstəyi veririk. Əsas məqsədimiz insanların öz evlərinə və kəndlərinə qayıtması, icmaların yenidən qurulmasına imkan verən təhlükəsiz torpaq əldə etməkdir".