İlin əvvəlindən ən zəngin rusiyalı milyarderlərin ümumi sərvəti 38,575 milyard dollar artıb.
"Unikal" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“LUKOIL” şirkətinin təsisçisi Vahid Ələkbərovun sərvəti 9,14 milyard dollar artıb.
Ən zəngin rusiyalı milyarder isə “Norilsk Nikel”in əsas sahiblərindən biri Vladimir Potanin olub. İlin əvvəlindən onun sərvəti 2,11 milyard dollar artaraq 30,7 milyard dollara çatıb.
İkinci yerdə NOVATEK-in sahibi Leonid Mixelson qərarlaşıb. Onun sərvəti 2,71 milyard dollar artaraq 27,3 milyard dollara çatıb.
Vahit Ələkbərov isə üçüncü yerdədir. Onun sərvəti 9,14 milyard dollar artaraq 24,5 milyard dollar olub.
Dördüncü yerdə sərvəti 3,07 milyard dollar artaraq 22,9 milyard dollara çatan NLMK benefisiarı Vladimir Lisin, beşinci yerdə isə Əlişir Usmanov (“Metalloinvest” və “Megafon”) qərarlaşıb. Onun sərvəti 1,87 milyard dollar artaraq 20,3 milyard dollara çatıb.
6-cı yerdə “Severstal”ın benefisiarı Aleksey Mordaşov qərarlaşıb. Onun sərvəti 618 milyon dollar artaraq 19,3 milyard dollara çatıb.
Yeddinci yeri Eurochem və SUEK-in keçmiş benefisiarı Andrey Melniçenko tutur. Onun sərvəti 4,03 milyard dollar artaraq 17,2 milyard dollara çatıb.
Mixail Proxorov (Oneksim) doqquzuncu yerdən səkkizinci yerə yüksəlib. İlin əvvəlindən onun sərvəti 1,81 milyard dollar artaraq 15 milyard dollara çatıb.
NOVATEK və Sibur-un ortaq sahibi Gennadi Timçenko 9-cu yerə düşüb, sərvəti ilin əvvəlindən 2,69 milyard dollar artıb və 14,5 milyard dollar olub.
Onuncu yerdə "Alfa Group"un təsisçisi Mixail Fridmandır. Onun sərvəti 652 milyon dollar artaraq 12 milyard dollara çatıb.
Sanksiyalara görə ən çox sərvət itirən “Polyus”un keçmiş ortağı Süleyman Kərimov olub. Onun sərvəti ilin əvvəlindən 650 milyon dollar azalaraq 8,34 milyard dollara düşüb.