FIFA U-17 dünya çempionatının final oyununda Almaniya Fransaya qalib gəlib.
"Unikal" xəbər verir ki, matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında almanlar rəqibindən güclü olub - 4:3.
Turnirin bürünc mükafatçısı Mali komandası olub. Üçüncü yer uğrunda görüşdə malililər Argentina yığmasını 3:0 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, gənclər arasında keçirilən dünya çempionatında 24 komanda iştirak edib.