Müasir Müsavat qərar verdi
Müasir Müsavat Partiyasının mərkəzi qərargahında MMP Siyasi Şurasının növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən daxil olan məlumata görə, toplantıda partiyanın Gənclər Təşkilatının sədrləri və partiyada xüsusi fəallığı ilə seçilən fəal gənclər də iştirak ediblər.
Siyasi Şuranın gündəliyində duran əsas məsələlər; siyasi partiyalar haqqında qanunun qəbul ediləcəyi təqdirdə partiyanın yenidən qeydiyyata alınması üçün müvafiq tədbirlərin görülməsi haqda hazırlanan tədbirlər planının təsdiqi, son vaxtlar bəzi rayon təşkilatlarında edilən dəyişiklərin hesabatı və yeni seçilən sədrlərin səlahiyyətlərinin tanınması, partiyanın müstəqil şəkildə keçirmək istədiyi mitinqin detalları, həmçinin partiya üzvlərinin çoxsaylı müraciətlərinə əsasən İctimai Palatanın ayın 8-də keçirəcəyi mitinqdə MMP-cilərin iştirak edib-etməməsi məsələsinin müzakirəsi və yekun qərar qəbul etmək.
Siyasi Şuranın Toplantısını giriş sözü ilə açan MMP sədri Hafiz Haciyev ilk öncə ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə münasibətini bildirib. Sonra Siyasi Partiyalar haqda qəbul ediləcək yeni qanunda ediləcək dəyişikliklər və yaranacaq hər hansı vəziyyətə uyğun partiyadaxili aktivliyin artırıması üçün öz tövsiyələrini verib.
Daha sonra Partiyanın cari ildə gördüyü işlərin hesabatı dinlənilib və son vaxtlar MMP rayon təşkilatlarında edilmiş dəyişikliklər müzakirəyə çıxarılıb və yeni seçilmiş sədrlərin səlahiyyətləri Siyasi Şurada təsdiq edilib.
Toplantının sonunda İctimai Palatanın aprelin 8-nə təyin etdiyi mitinqlə bağlı məsələyə münasibət bildirilib. Siyasi Şura xüsusən gənclərin müraciətini nəzərə alaraq ölkədə keçiriləcək aksiyalarda onların iştirakını öz ixtiyarlarına buraxmağa qərar verib.
Digər Xəbərlər
2025-03-04 00:03:51

2025-03-03 21:27:16

2025-03-03 20:47:58

2025-03-03 20:21:38

2025-03-03 19:35:19

2025-03-03 19:31:55

2025-03-03 18:52:30

2025-03-03 18:38:58

2025-03-03 18:26:32

2025-03-03 18:16:00

2025-03-03 18:10:41

2025-03-03 18:08:27

2025-03-03 17:53:52

2025-03-03 17:50:31

2025-03-03 17:34:09

2025-03-03 17:30:38

2025-03-03 17:21:00

2025-03-03 16:42:00
.jpg)